Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Mahmud Kaşqari adına Beynəlxalq Fondun layihəsi əsasındaümumrespublika və Beynəlxalq konfransların təşkili, elmi simpoziumlarınkeçirilməsi, nəzəri-təcrübi əhəmiyyətli dərsliklərin, tərcümə əsərlərinin, elmimonoqrafiyaların nəşri artıq ənənə halını alıb.
Fondun prezidenti, Milli Məclisin deputatı Cavanşir Feyziyevinrəhbərliyi ilə gerçəkləşən bu layihələr cəmiyyətimizdə elmi-ədəbi ictimaiyyəttərəfindən yüksək qiymətləndirilir və böyük maraqla qarşılanır.
Bu günlərdə fondun layihələrinin uğurlu nəticəsi kimi işıq üzü görən, respublikamızın tanınmış pedaqoqu, alim, şair, tərcüməçi Vaqif Aslanın 75 illik yubileyinə həsr olunmuş “Ruhlarla danışan adam” məqalələr toplusu, şair Qadir Hüseynovun “Mənim dünyam…” şeirlər toplusu və gənctədqiqatçı Tural Adışirinin “Publisistik və poetik düşüncələr” kitabı PrezidentKitabxanasına, M.F.Axundzadə adına Milli Kitabxanaya, şəhər və rayon kitabxanalarına və ictimaiyyətə təqdim olunub.
Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin M.Ş.Vazehadına Mərkəzi Kitabxanasından bildirilib ki, Vaqif Aslanın 75 illik yubileyinəərməğan olaraq nəşrə hazırlanan “Ruhlarla danışan adam” kitabının Şəkişəhər Heydər Əliyev Mərkəzində, habelə Azərbaycan Milli ElmlərAkademiyasında təqdimatı keçirilib. Əsasən yubiley təbriklərinin yer aldığı“Vaqif Aslan – 75”, “Vaqif Aslan yaradıcılığı haqqında yazılanlar”, “Müsahibələr”, “Vaqif Aslanın avtobioqrafiyası” fəsillərində bütövləşən, sözustadının yaradıcılığını müxtəlif aspektlərdən işıqlandıran bu kitabmonumental tədqiqat əsərini xatırladır və ədibin elmi, ədəbi və pedaqojifəaliyyətinə qiymətli töhfədir.
Fondun yeni nəşrlərindən biri də şair Qadir Hüseynovun “Mənimdünyam…” şeirlər toplusudur. Kitabda müəllifin Vətənimiz Azərbaycana, Zəfərimizə, Qarabağ fatehi Ali Baş Komandanımıza, Türk dünyasına həsretdiyi şeirlər xüsusilə diqqət çəkməkdədir.
Fondun gerçəkləşdirdiyi növbəti layihə isə Şəki ədəbi mühitinintəmsilçisi, gənc tədqiqatçı Tural Adışirinin Azərbaycanın şimal-qərbbölgəsinin folkloruna aid orijinal elmi araşdırmaları, müasir ədəbi prosesinayrı-ayrı nümayəndələri haqqında publisistik məqalələri toplanmış“Publisistik və poetik düşüncələr” kitabıdır.
“Elm və Təhsil” nəşriyyatında səhih dizayn və nəfis tərtibatla işıq üzügörən bu kitablar geniş oxucu auditoriyası üçün nəzərdə tutulmuşdur.
Lətifə Məmmədova,
tarix üzrə fəlsəfə doktoru