Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
30 İyun 2025 / 08:21

İdmançımız Rusiyadan olan rəqibini məğlub edərək Avropa çempion oldu

İdmançımız rusiyalı rəqibinə qalib gəlib Avropa çempionu oldu. Tezadlar.az xəbər verir ki, bu qalib idmançımız İtaliyada keçirilən yunan-Roma güləşi üzrə U15 Avropa çempionatının qalibi olan Ömər Salmanovdur. “Yarış çox gərgin idi, amma biz çempionata yaxşı hazırlaşmışdıq. Üç təlim-məşq toplantısı keçdik. Şükür Allaha ki, çempion oldum”, – deyən Ö.Salmanov qələbəsini məşqçilərinə və atasına həsr edib: “İlk rəqibim türkiyəli idmançı idi, 8:0 qalib gəlib ¼ finala yüksəldim. Sonra latviyalı rəqibimə qalib gəlib yarımfinala yüksəldim. Yarımfinalda isə Belarus təmsilçisinə 10:1 hesabı ilə qalib gəlib, finala çıxdım. Finaldakı rəqibim rusiyalı güləşçi idi. Ona da 7:5 qalib gəlib Avropa çempionu oldum”.

Xatırladaq ki, 1 qızıl, 2 gümüş və 3 bürünc medal qazanan yunan-Roma güləşi üzrə Azərbaycan yığması 131 xalla birinci yeri tutub. Ermənistan (125 xal) ikinci, Gürcüstan (99 xal) isə üçüncü olub. Millinin heyətində Ömər Salmanov (44 kq) bütün rəqiblərinə qalib gələrək Avropa çempionu olub. Hüseyn Əmrahlı (38 kq) və Ruslan Nuriyev (75 kq) gümüş medala sahib çıxıblar. Xudayar Kərimli (38 kq), Hüseyn Mustafazadə (52 kq) və Nadir Həsənov (62 kq) isə bürünc medalı boynundan asıb.?Komanda 3-cü dəfə Avropa çempionu olub. Yunan-Roma güləşi millisi 2022 və 2024-cü illərdə də eyni uğura imza atıb.

İdmançımıızın Rusiya FTX-cinin Yekatrinburqda azərbaycanlılara qarşı son terror və özbaşınalığı fonunda bu qələbə lap yerinə düşüb. Təbrik edirik!

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!