Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

“Azərbaycanda iki toy havası var: gəlin havası “Vağzalı”, bəy gələndə isə “Mirzəyi”. Başa düşmürəm ki, niyə bəyi “Vağzalı” ilə qarşılayırlar”.
TEZADLAR.AZ xəbər verir ki, bu sözləri Əməkdar artist Qorxmaz Əlili “Elgizlə izlə” verilişində deyib. Aktyor toylarda bəyin məkana “Vağzalı” ilə girməsini tənqid edib:
“Bəy niyə “Vağzalı” ilə girir? Axı bu bəy havası deyil. Kişi toyudur, bəyi bununla gətirib, bununla aparırlar. “Vağzalı” çalınır, gəlin gedir, anam ağlayır. Bəyi necə bununla içəri salırsınız? Bəy içəri qəşəng girməlidir.