Əsas məzmuna keç

Ermənistan parlamentində baş verən davanın videosu yayılıb – VİDEO

İnternetdə Ermənistan parlamentində baş verən davanın videosu yayılıb. O, 24TV tərəfindən YouTube kanalında yayımlanıb.

Terror aktının təşkilində və hakimiyyəti ələ keçirməyə cəhddə şübhəli bilinən Ermənistandan olan müxalifət fraksiyasının deputatı Artur Sarkisyanın toxunulmazlığından məhrum edilməsi ilə bağlı prokurorluğun vəsatətinə baxılarkən dava düşüb.

Tezadlar.az “RİA Novosti”yə istinadən xəbər verir.

Qeyd olunur ki, Sarkisyan Ermənistan hakimiyyətini kəskin tənqid edib, bundan sonra hakim “Mülki müqavilə” fraksiyasının üzvləri ona yaxınlaşaraq əlbəyaxa davaya başlayıblar. İclas yarımçıq kəsilib, bundan sonra müxalifət nümayəndələri geri qayıtmayıb.

Bundan əvvəl Ermənistan Milli Assambleyasının vitse-spikeri Ruben Rubinyan Ermənistan Milli Assambleyasının sessiyası zamanı Sarkisyana susmağı tövsiyə edib. Baş prokurorun deputatın toxunulmazlığından məhrum edilməsi ilə bağlı vəsatətinə baxılarkən də söz davası baş verib.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…