8 İyul 2025 / 14:10

Mixail Qusman Heydər Əliyevlə bağlı maraqlı xatirəsini bölüşdü…

Xəbər verdiyimiz kimi, Bakıda Heydər Əliyev Mərkəzində “Medianın inkişafında Ümummilli Lider Heydər Əliyevin rolu” adlı konfransın panel sessiyasında Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun I müavini Mixail Qusman çıxış edərək Heydər Əliyevin mətbuatla bağlı təmasları haqqında maraqlı xatirəsini bölüşdü. Konfransda iştirak edən tezadlar.az saytının rəhbəri Asif Mərzili bildirdi ki, Mixail Qusman indiyə qədər yüzlərlə dövlət və hökumət başçıları ilə müsahibələri olub, amma onun müsahibə aldığı ölkə başçıları arasında yalnız ikisi öz xalqını xilas edib: “Mənim bu barədə deməyə mənəvi haqqı çatı, biri Çörçil olub, biri də məhz Heydər Əliyevdir… Heydər Əliyev Azərbaycanı xilas etdi, bəlalardan qurtardı…”.

Y.Məmmədli

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!