Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Nikol Paşinyandan keşişlərlə bağlı qalmaqallı açıqlama gəldi… “Ermənistan Kilsəsi anti-xristian bir qrup tərəfindən zəbt olunub, mən onu azad edəcəyəm.”, -deyən Ermənistanın Baş naziri Nikol Paşinyan ölkədəki dini qurumlarla bağlı sualı cavablandırarkən deyib ki, Ermənistan Apostol Kilsəsi “anti-xristian, anti-milli və anti-dövlət” bir qrup tərəfindən ələ keçirilib. Baş nazirin sözlərinə görə, kilsənin bu qruplardan azad edilməsinə şəxsən özü rəhbərlik edəcək: “Bu dövrdə yaşanan bütün mübahisələrin fonunda əsas məsələ üzə çıxdı: Ktrich Nersisyan (Katolikos II Qareginin dünyəvi adı), Vazgen Galstyan, Gevorg Ajapaxyan və bəzi digərlərinin İsa Məsih və onun təlimləri ilə heç bir əlaqəsi yoxdur. İsa Məsihin evi anti-xristian, dogmatik, anti-milli və anti-dövlət qrup tərəfindən zəbt olunub və bu ev azad edilməlidir. Mən bu prosesə rəhbərlik edəcəyəm”.
ZƏRURU QEYD: son həftələrdə Ermənistan hökuməti ilə kilsə arasında münasibətlər gərginləşib. Paşinyan bir neçə dəfə dini rəhbərləri tənqid edən açıqlamalar yayımlayıb. Bundan əlavə, Ermənistan hüquq-mühafizə orqanları terror aktlarının hazırlanması və hakimiyyəti zorla ələ keçirməyə cəhd ittihamı ilə aparılan istintaq çərçivəsində bir neçə şəxsi saxlayıb. Saxlanılanlar arasında Şirak yeparxiyasının arxiyepiskopu Mikael Ajapaxyan və Ermənistan Apostol Kilsəsinin arxiyepiskopu Baqrat Galstanyan da var.