Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ermənistanda Əliyev- Paşinyan görüşünün detalları qızğın müzakirə mövzusudur. Sosial mediada yazılanlardan belə anlamaq olar ki, sadə ermənilər buna çox sevinir. Siyasilər doğru qənaətdədirlər, keçmiş separatçılar və onlara dəstək vermişlər isə çox məyyusdur. “Rəsmi İrəvan Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Əbu-Dabi görüşünü uğurlu hesab edir”,- deyən Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyanın nazirliyin teleqram kanalında dərc olunan açıqlamasında məhz belə izah var: “Ermənistan Əbu-Dabi görüşünü uğurlu hesab edir və təsdiq edir ki, bu, sülh prosesinin gələcək həyata keçirilməsi üçün ciddi əsas ola bilər”.
Bəli, ermənilər artıq başa düşür ki, Azərbaycanla işğalçılıq münasibətləri bu ölkəni nəinki tamamilə məhvə aparıb, həm də dünyanın gözündə “oddaanmaz, suda batmaz” mifini darmadağın edib. İndi xilas Azərbaycan və Türkiyə ilə normal münasibətlər qurmaqdadır!
A.Məmmədli