Əsas məzmuna keç

Paşinyan Vardanyanla bağlı məktubu Trampa göndərməkdən imtina etdi və…

Gözlənilməz hadisə baş verib: Ermənistanın Baş naziri Nikol Paşinyan Ruben Vardanyanın ailəsinin onun azadlığa buraxılmasına dəstək göstərilməsi üçün ABŞ Prezidenti Donald Trampa müraciət etməklə bağlı xahişini rədd edib. Tezadlar.az xatırladır ki, bu barədə “Hraparak” məlumat yayıb. Məlumata görə, ABŞ-da yaşayan erməni diasporunun bəzi nümayəndələri Trampın qızının həyat yoldaşına müraciət edərək, ondan Ağ Ev rəhbərinin bu məsələyə qarışmasına dəstək göstərməyi istəyib.
Məlumata görə, Tramp yalnız rəsmi İrəvanın müraciəti əsasında bu addımı atacağını söyləyib. Ermənistanın ABŞ-dakı səfiri Lilit Manukyants müraciəti Nikol Paşinyana çatdırsa da, rədd cavabı alıb. Paşinyanın bu mövqeyi belə bir müraciətin Azərbaycanla sülh müqaviləsinin imzalanmasına xələl gətirə biləcəyi ilə əsaslandırılıb.
 Sonra da deyirlər ki, Paşinyanın ağlı yoxdu, olsaydı, məsələn, Serj Sarkisyanla Koçaryanı Azərbaycana təhvil verərdi. Amma mən düşünürəm ki, buna da vaxt lazımdır, vaxtı gələndə bu da baş verəcək.
A.Məmmədli
Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…