Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İyulun 17-də Qaqauziyanın rəhbəri Yevgeniya Qutsulun ev dustaqlığının daha 30 sutka uzadılması ilə bağlı vəkillərinin etirazına baxacaq Kişinyov Apellyasiya Məhkəməsinin binası qarşısında yüzlərlə insan piket keçirir.
Tezadlar.az TASS-a istinadən xəbər verir.
Aksiya iştirakçıları siyasətçinin azadlığa buraxılmasını və müxalifətə qarşı təqiblərə son qoyulmasını tələb edirlər.
“Yevgeniya artıq 69 dəfə məhkəmədə olub. Dəstəyinizə görə sizə təşəkkür edirik və yalnız bir şeyi – ədalətli məhkəmə araşdırmasını tələb edirik. Biz istəyirik ki, hakimlər telefon ədalətini deyil, qanunun hərfini rəhbər tutsunlar”, – deputat Vadim Fotesku toplaşanlara bildirib.
İttiham tərəfi həbs müddətinin uzadılması zərurətini onunla əsaslandırır ki, Qutsul guya sübutların toplanması prosesinə təsir göstərə bilər və ya cinayət təqibindən gizlənməyə cəhd edə bilər. Eyni zamanda, işin özü də irəli getmir. Qaqauziyanın rəhbəri ittiham tərəfinin bütün arqumentlərini qəti şəkildə rədd edərək, onun həbsinin arxasında prezident Maia Sandu və onun hakim Fəaliyyət və Həmrəylik Partiyasının dayandığını bildirir.
Qeyd edək ki, Qaqauziyanın rəhbəri martın 25-də Kişinyov hava limanında saxlanılıb və onun 2023-cü ildəki seçki kampaniyasının maliyyələşdirilməsi ilə bağlı cinayət işi üzrə həbs edilib. Paralel olaraq, 2024-cü ildən Qutsulun müxalifət partiyasının qanunsuz maliyyələşdirilməsində iştirakda ittiham olunduğu başqa bir iş üzrə də məhkəmə prosesləri gedir. Siyasətçi ittiham tərəfinin bütün arqumentlərini qəti şəkildə rədd edir və həbsin arxasında hakim partiyanın dayandığını bildirir.
E.ŞİRİNOV