Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.
Bu gün saat 12 radələrində Balakən rayonunun Qullar kəndi ərazisində “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq piyada, 1993-cü il təvəllüdlü Günel Bahalovanı vurub, daha sonra isə mağazaya çırpılıb.
Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Nəqliyyat vasitəsinin sürücüsü 29 yaşlı İmam Babazadə isə xəsarət alıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Tezadlar.az-a bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.
***
saat 13:35
Balakəndə ölümlə nəticələnən ağır yol qəzası baş verib.
Tezadlar.az xəbər verir ki, hadisə rayonun Qullar kəndi ərazisində baş verib.
“Mercedes” markalı minik avtomobili idarəetmədən çıxaraq yolun kənarındakı divara çırpılıb.
İlkin məlumata görə, qəza nəticəsində bir qadın ölüb, sürücü isə xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.