28 İyul 2025 / 08:38

ABŞ Zelenskinin əsas qorxusunu açıqladı

Ukrayna lideri Vladimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin cəbhədəki uğursuzluqları səbəbindən postunu itirməkdən qorxur.

Tezadlar.az xəbər verir ki, bu fikri ABŞ ordusunun ehtiyatda olan polkovniki Duqlas Makqreqor “Deep Dive” YouTube kanalında bildirib.

“Düşünürəm ki, bu, Zelenskinin yaxın çevrəsini və onun Kiyevdəki rejimini qorxudur. Çünki o, narazı Ukrayna əsgərləri ilə tez bir zamanda məşğul ola bilməsə, bu, sonun başlanğıcı olacaq”, – ekspert bildirib.

Makqreqor ABŞ prezidenti Donald Trampın daha çox ölkəsinin problemlərinin həllində maraqlı olduğu üçün Kiyevə yardım göstərməkdən çəkindiyinə də diqqət çəkib. Üstəlik, onun Ukrayna məsələsində dəyişkən əhval-ruhiyyəsi onun bu münaqişədən uzaqlaşmaq istədiyini göstərə bilər.

Bundan əvvəl Makqreqor ABŞ-ın Rusiya ilə münaqişəyə girdiyini və uduzduğunu bildirmişdi.

E.ŞİRİNOV

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!