28 İyul 2025 / 11:17

Evdə qaz partlayışı nəticəsində 18 nəfər xəsarət alıb

Saratovda baş verən qaz partlayışı nəticəsində tibbi yardıma müraciət edənlərin sayı 18-ə çatıb.

Tezadlar.az bildirir ki, bu barədə TASS-a tibbi xidmətlər məlumat verib.

“Yenilənmiş məlumatlara əsasən, partlayış və sonradan çökmə nəticəsində 18 nəfər xəsarət alıb. Onlar ambulator müalicəyə göndərilib”, – agentliyin mənbəsi bildirib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!