Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
29 İyul 2025 / 15:13

YAP üzvü, deputat Elşad Mirbəşiroğlu Rusiyanın agenturasına necə sığınıb?-SENSASİON FAKT

«Təzadlar»a təqdim edilən bir material və əlavə edilmiş rəsmi sənədlər siyasi elmlər doktorunun elmi dərəcəsinin də şübhə altında olduğunu ortaya qoyur…

Keçək mətləbə: bu ilin iyulun 24-də TASS-ın baş direktorunun birinci müavini Mixail Qusman III Şuşa Qlobal Media forumunda Azərbaycan Prezidenti İlham Əliyevə verdiyi bir sualı ilə nəinki Rusiyada, eləcə də Azərbaycanda çox qaranlıq və şübhəli məqamlara işıq saldı, aydınlıq gətirdi. Daha doğrusu, Azərbaycan bununla da dostu ilə düşmənin kimliyini tanımış oldu. Sən demə, düşmən heç Kremldə də deyilmiş, həm də burda, necə deyərlər, ocaq başında imiş…

***

Hökumət qurumlarına yaxınlığı və ya bağlılığı ilə diqqətdə olan day.az saytı bu gün sensasion material yayımlayıb. Yazıda Rusiyaya bağlı olan bir şəbəkənin üzvü olmuş bir neçə şəxsin adı çəkilir. Sitat: «…2020-ci ildə Vətən müharibəsi ərəfəsində Rusiyanın ölkədəki təsir dairəsinə qarşı ciddi zərbələr endirildi və şəbəkənin rəhbəri olan Ramiz Mehdiyev, eləcə də ordudakı uzantısının rəhbəri Nəcməddin Sadıkov vəzifədən kənarlaşdırılıdı. Həmin dövr ərzində Əli Həsənov, Əbülfəs Qarayev, Elmar Məmmədyarov, Oktay Əsədov, Azad Rəhimov, Eldar Mahmudov oxşar aqibətlə üzləşdi… Bu yerdə Milli Məclisin sabiq sədri Oqtay Əsədovun adı da diqqət çəkir. Onun Rusiya şəbəkəsi ilə əlaqələri barədə daha əvvəl hər hansı məlumat ictimailəşməmişdi. Və bu yaxınlarda bu rusiyayönlü şəbəkənin Azərbaycandakı daha bir üzvü – Azər Qasımov ifşa edildi. Bu kontekstdə bir vaxtlar deputat olmuş, sonradan “yoxa çıxan” Elşad Mirbəşirin adı da xüsusi vurğulanıb, onun Rusiya şəbəkəsinin maraqlarına xidmət etməsindən bəhs edilib. Onun Rusiya FTX ilə əlaqələri üzə çıxdıqdan sonra o, ictimai arenadan və Sosial Tədqiqatlar Mərkəzindən uzaqlaşdırıldı. Son aylarda “Rus evi” və “Sputnik” kimi strukturların fəaliyyəti də ölkədə məhdudlaşdırılıb…».

Bəs Elşad Mirbəşir oğlu kimdir?

Bu gün «Təzadlar»ın Araşdırma Qrupuna bir material  və əlavə olunmuş rəsmi sənədlər daxil oldu… Bizə tanış gəldi bəzi motivlər deyə, arxivimizi önə çıxardıq. Məlum oldu ki, 2017-2018-ci illərdə Elşad Mirbəşiroğlunun barəsində olduqca ciddi bir material redaksiyaya təqdim edilibmiş. Həmin material araşdırılıb dəqiqləşdiriləndən sonra saytda yayımlanıb, lakin xaricdə istirahətdə olan Elşad Mirbəşiroğlu redaksiya rəhbərliynə elektron məktub yazıb, sonra vatsapla danışıb, başılovlu istirahətini yarımçıq qoyaraq redaksiyaya gəlib, ağlamsıyaraq yazının təcili olaraq saytdan götürülməsini xahiş edib. Lakin rəhbərlik bundan imtina edəndə «Atam ağır xəstədir, bilsə, ürəyi partlayacaq…», deyərək redaksiyanı məhkəmə ilə hədələyib… Və nəhayət, canıdildən yalvarışından sonra ona mövqeyini və məqalədəki faktların təkzibini təcili redaksiyaya təqdim etməsi diqqətinə çatdırılıb… Beləliklə, həmin yazı saytdan bu səbəblərdən götürülüb, amma cavab və ya təkzib gəlməyib. Niyə? Səbəbini aşağıda biləcəksiniz.

***

Məsələ ondadır ki, ötən parlament seçkilərində gözləmədiyimiz halda Elşad Mirbəşiroğlu YAP-ın üzvü kimi deputat seçilir, TV-lərimizdə, eləcə də AzTV-də siyasi ekspert kimi çıxışlar edir, Azərbaycanın haqq səsindən danışır… Amma indi məlum olur ki, AzTV-də-üzdə haqq səsini müdafiə etdiyi Azərbaycanın arxada ayağının altını qazırmış, özü də Rusiyanın «lopatka»sı ilə!

-Bəs necə olub ki, Prezident yanında AAK-ın Ekspert Şurasında mənfi rəy alan Elşad Mirbəşir sonradan doktorluq işini AAK-da (sədri Famil Mustafayev) təsdiq etdirə bilib? 

-Bunun üçün PA-dan AAK rəhbərliyinə kim qanunsuz göstəriş verib? 

(Davamı var)

«Təzadlar»ın Araşdırma Qrupu

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!