Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Fövqəladə Halların İdarəolunması Xidmətinə Devdorak ərazisində quraşdırılmış erkən xəbərdarlıq sistemindən siqnal daxil olub. Tezadlar.az Gürcüstan mediasına istinadla xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumata əsasən, qeyd olunan sistem çay məcrasında axının artımını qeydə alaraq təhlükə barədə xəbərdarlıq edir. Nazirliyin yaydığı məlumata görə, protokola uyğun olaraq “Dariali” sərhəd-keçid məntəqəsindən patrul polisi, gömrük xidməti, sərhəd polisi və həmin ərazidə çalışan özəl şirkət əməkdaşları təhlükəsiz zonaya təxliyə ediliblər. DİN-in bütün aidiyyəti bölmələri monitorinq məqsədilə hadisə yerindədir. Rəsmi məlumata əsasən, hadisə nəticəsində xəsarət alan yoxdur. Həmçinin qabaqlayıcı tədbir olaraq avtomobil yolu hər iki istiqamətdə bütün nəqliyyat vasitələri üçün bağlanıb.
Rusiya tərəfi isə hələki rəsmi açıqlama verməyib.
A.Məmmədli