Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Dünən avqustun 4-də Xocalı rayonunun Xanyurdu kəndi ərazisində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub. DİN-in Mətbuat Xidmətinin regional qrupunun yaydığı məlumata görə, araşdırmalarla yanğının 2004-cü il təvəllüdlü Murad Abdulxalıqovun ərazidə məişət tullantılarını yandırdığı ocaqla ehtiyatsız davranması nəticəsində baş verdiyi məlum olub. Hadisə nəticəsində təxminən 500 kv.m sahədə kol-kos yanıb. Murad Abdulxalıqov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub.