6 Avqust 2025 / 13:49

Qulu Məhərrəmli də jurnalistikaya qəbulda qabiliyyət imtahanının ləğvini istəyir

 Uzun müddətdir ali məktəblərə qəbul zamanı jurnalistika ixtisasında abituriyentlərdən qabiliyyət imtahanı tələbi var. Bu isə çox vaxt ciddi narahatlıq və narazılıqlarla özünü göstərir. BDU- nun jurnalistika kafedrasının müdiri, Professor Qulu Məhərrəmli də bu qənaətdədir ki, jurnalistikada qabiliyyət imtahanı tələbi çox yersizdir: “…Yenə də jurnalistikaya qəbul imtahanı ilə bağlı ajiotaj yaşanır.. Təkrar söyləməyə ehtiyac var: bəzi qızğın tərəfdarları olmasına baxmayaraq, bu qabiliyyət imtahanları faydasız, mənasız və gərəksiz bir prosedurdur… Jurnalistika ədəbi yaradıcılıq və xüsusi qabiliyyət (musiqi, rəssamlıq, aktyorluq və s.) tələb edən sahə deyil. Burada yaxşı kadr hazırlamaq üçün jurnalistika tədrisini daha da yaxşılaşdırmaq kifayətdir… Hazırda bu yamaq imtahan DİM üçün əlavə qayğı, abituriyentlər və onların valideynləri üçün vaxt itkisi və yersiz həyəcandır. Ona görə də tezliklə ləğv olunmalıdır ki, jurnalistikaya səviyyəli tələbələr gəlsin…”,- deyir Qulu Məhərrəmli.
A.Məmmədli
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!