Ceyhun Mirzəyevin sevgi hekayəsi: Bir gün artıq gənc aktyor, rejissor Ceyhun Mirzəyev kino heyəti ilə Moskvaya qastrola getmişdi. Qalanını aktyorun həyat yoldaşı Lidiya Mirzəyeva danışır:
“Onun 18, mənim 17 yaşım vardı. Bizi məktəbdən Moskvaya aparmışdılar. Orda olanda eşitdik ki, Azərbaycandan artistlər də burdadır. Onda Ceyhunu ekrandan tanıyırdım, yetərincə məşhur idi. Amma ilk dəfə onları canlı şəkildə Bakıya yola salanda gördüm. Ceyhun bizi restorana dəvət etdi. Sonradan bildim ki, son pulunu da o qonaqlıqda xərcləyib. Bir-birimizə telefon nömrələrimizi verdik və ayrıldıq. Mən Bakıya qayıdandan sonra bir dəfə mənə zəng vurdu, görüş təklif etdi. Mən də razı olmadım, onu bir az acıladım. Bu, bizim son danışığımız oldu”.
Düz 8 il sonra Ceyhun onu yenidən tapır. Hər gün Lidiyanın iş yerinə gəlir, pəncərəni döyüb otağa bir gül atır və gedir. Nəhayət, sevdiyi qızın könlünü alır və onunla ailə qurmasına razı sala bilir. Ceyhunla Lidiya 1973-cü ildə ailə qururlar və Cəmalə adlı bir qızları dünyaya gəlir:
“Bəzən məndən soruşurdular ki, niyə elə bir uşaq? Deyirdim, bir niyə? Mənim iki uşağım var – Ceyhun və Cəmalə”.