Əsas məzmuna keç

Amerikalı reper Soçidə dron hücumunun şahidi olub

Amerikalı reper Akon (əsl adı – Alian Damala Tiam) Soçidə pilotsuz uçuş aparatlarının (PUA) hücumunun şahidi olub.

Tezadlar.az xəbər verir ki, bu barədə “Mash” Telegram kanalı məlumat yayıb.

Bu gün, avqustun 8-də pilotsuz təyyarələrin hücumu ilə əlaqədar Soçidə hava hücumu həyəcanı səslənib. İnsanlar yerli çimərliklərdən kütləvi şəkildə evakuasiya edilib.

“Mash”-ın məlumatına görə, bu zaman sənətçinin otelin foyesinə çıxıb qrupunun yanında olmaq istəyinə baxmayaraq, mühafizəçilər “Smack That” hitinin müəllifini vanna otağında gizlədiblər. Bildirilir ki, Akon baş verənlərə sakit reaksiya verib və avqustun 8-də şəhərdə baş tutacaq konsertə hazırlığını davam etdirib.

E.ŞİRİNOV

 

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…