8 Avqust 2025 / 17:44

Putin Si Cinpinə Uitkoffla söhbətin nəticələri barədə danışıb

Rusiya prezidenti Vladimir Putin Çin prezidenti Si Cinpinə telefonla ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffla söhbətin əsas nəticələri barədə danışıb.

Tezadlar.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

“İki ölkə arasında hərtərəfli tərəfdaşlıq və strateji qarşılıqlı münasibətlər ruhunda Rusiya Federasiyasının Prezidenti Çin Xalq Respublikasının prezidentinə avqustun 6-da ABŞ Prezidentinin xüsusi elçisi Stiven Vitkoff ilə söhbətinin əsas nəticələri barədə danışıb”, – məlumatda deyilir.

Si Cinpin verilən məlumata görə təşəkkür edərək, Ukrayna böhranının uzunmüddətli həllini dəstəklədiyini bildirib.

Qeyd edək ki, avqustun 6-da Putin Kremldə ABŞ prezidentinin nümayəndəsi ilə danışıb. Dövlət başçısının köməkçisi Yuri Uşakovun dediyi kimi, yaxın günlərdə iki ölkə liderlərinin şəxsi görüşünün keçirilməsi razılaşdırılıb və artıq sammitlə bağlı işlərə başlanılıb.

Putin və Si Cinpin ikitərəfli gündəliyə dair məsələləri, o cümlədən Rusiya prezidentinin ŞƏT sammitində iştirak etmək üçün Çinə səfərinə hazırlıqları müzakirə ediblər.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!