Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ukrayna Prezidenti Vladimir Zelenski azərbaycanlı həmkarı İlham Əliyevlə telefon danışığı aparıb.
Tezadlar.az bildirir ki, bu barədə Ukrayna lideri öz Telegram kanalında məlumat verib.
“Biz ABŞ, Avropa ölkələri ilə ünsiyyəti, sülhü yaxınlaşdıra biləcək əsas prinsipləri müzakirə etdik”, – deyə Zelenski bildirib.
Telefon danışığı zamanı Ukrayna prezidenti Əliyevə Kiyevin tərəfdaşları ilə təmaslar barədə məlumat verib, onun sözlərinə görə, onlar “müharibəyə həqiqətən son qoymaq və effektiv diplomatiya aparmaqda eyni dərəcədə qərarlıdırlar”. Zelenski azərbaycanlı həmkarını Ermənistanla əldə olunan razılaşmalara görə də təbrik edib.
Xəbər verdiyimiz kimi, avqustun 8-də prezident İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və ABŞ prezidenti Donald Tramp Ermənistan və Azərbaycan arasında münaqişənin sülh yolu ilə həllinə dair birgə bəyannamə imzalayıblar. Söhbət Zəngəzur dəhlizindən gedir. Sənədə görə, bölmə 99 il müddətinə Amerika şirkətinə verilir və “Tramp körpüsü” adlandırılır.
E.ŞİRİNOV