15 Avqust 2025 / 16:15

Türkiyə istehsalı olan SALVO kateri Azərbaycanda

Azərbaycan Türkiyənin “Dearsan” gəmiqayırma zavodunun istehsalı olan SALVO silahlı insansız dəniz gəmisi (kater) alıb.

“Tezadlar.az” xəbər verir ki, SALVO silahlı insansız kateri ilk dəfə Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) təlimi zamanı görünüb.

İnsansız katerin uzunluğu 14,79 m, eni 3,83 m, maksimal sürəti isə dizel mühərrik seçimindən asılı olaraq 45-60 kts (83 km/saat – 111 km/saat) təşkil edir.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!