Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Vergi borcu ilə bağlı “Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi” Dövlət Vergi Xidmətinə qarşı məhkəmə iddiası qaldırıb.
Tezadlar.az xəbər verir ki, “Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi” məhkəmədə özünü müdafiə etmək üçün hüquqi xidmət alışı üzrə tender elan edib.
Tenderdə “Dövlət Vergi Xidmətinin Bakı Lokal Gəlirlər Baş İdarəsinin əsassız hesabladığı verginin silinməsi ilə əlaqədar məhkəmə müdafiəsinin təşkili” nəzərdə tutulub və ehtimal olunan qiymət 17.700 manatdır.
Yəni “Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi” məhkəmədə hüquqlarının müdafiəsi üçün vəkillərə 17 min manata qədər vəsait ödəyəcək.
Bu vəsait isə dövlət büdcəsindən “Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi”nə ayrılan puldan ödəniləcək.