Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

18-22 avqust tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatları təhlükəsizlik qaydalarına riayət olunmaqla məhv ediləcək.
“Tezadlar.az” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, proses Ağdərə rayonu ərazisindəki “Gödəkburun” təlim mərkəzində həyata keçiriləcək:
“Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq”.