Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Estoniya Xarici İşlər Nazirliyi Baltikyanı respublikanın vətəndaşlarını Rusiyaya hər hansı səfərdən çəkinməyə çağırıb.
“XİN Rusiyaya hər hansı səfərdən çəkinməyi qətiyyətlə tövsiyə edir. Rusiyada müvəqqəti olan Estoniya vətəndaşlarına bu ölkədə qalma zərurəti barədə diqqətlə düşünmələri tövsiyə olunur. Xarici İşlər Nazirliyi həmçinin Estoniya vətəndaşlarına mümkün qədər tez Estoniyaya qayıtmağı tövsiyə edir”, – Tezadlar.az xəbər verir ki, XİN-in saytında dərc olunan bəyanatda deyilir.
Rusiya-Estoniya sərhədində üç sərhəd-keçid məntəqəsi var ki, onlardan biri – “Narva” – yalnız gündüz işləyir. “Luhamaa” və “Koidula” keçid məntəqələri tam fəaliyyətdədir. 2024-cü ilin avqustunda Estoniya hakimiyyəti Rusiya ilə sərhəddə tam gömrük nəzarəti tətbiq etdi ki, bu da onu keçərkən gözləmə müddətini əhəmiyyətli dərəcədə artırdı.
E.ŞİRİNOV