19 Avqust 2025 / 16:29

Qutsula çıxarılan hökmdən apellyasiya şikayəti veriləcək

Qaqauziyanın rəhbəri Yevgeniya Qutsulun müdafiəçisi ona çıxarılan hökmdən Kişinyov Apellyasiya Məhkəməsində apellyasiya şikayəti verəcək.

Tezadlar.az bildirir ki, bu barədə vəkil Nataliya Bayram məlumat verib.

“Müdafiə tərəfi Qaqauziya rəhbərinin hökmündən apellyasiya şikayəti vermək üçün avqustun 20-də Kişinyov Apellyasiya Məhkəməsinə müraciət edəcək”, – Bayram mətbuata müsahibəsində bildirib.

O, avqustun 20-nin “qanunvericiliyə görə, vəkillərin ədalətsiz hesab etdiyi hökmdən apellyasiya şikayətinin mümkün olduğu son tarix olduğunu” vurğulayıb, “çünki hakimlər və ittiham tərəfi ciddi qanun pozuntularına yol verib”. “Ümid edirik ki, arqumentlərimiz hakimlər tərəfindən nəzərə alınacaq”, – müdafiəçi bildirib.

Onun sözlərinə görə, hökmün qüvvədə saxlanılması barədə qərar qəbul olunarsa, vəkillər bundan sonra Ali Məhkəməyə, daha sonra isə beynəlxalq məhkəmələrə şikayət edəcəklər.

Xatırladaq ki, avqustun 5-də Kişinyov məhkəməsi Moldovada fəaliyyəti qadağan edilmiş “Şor” partiyasını maliyyələşdirmək işi üzrə Qutsulu 7 il müddətinə azadlıqdan məhrum edib. Qutsul hökmü “yuxarıdan gələn sifarişlə siyasi repressiya” adlandırıb və adı və həqiqəti uğrunda mübarizə aparacağını bildirib. O, Moldova prezidenti Maia Sandu repressiyadan fərqli fikirlərə qarşı mübarizə vasitəsi kimi istifadə etməkdə ittiham edib. Eyni iş üzrə “Pobeda” blokunun fəalı Svetlana Popan 6 il müddətinə azadlıqdan məhrum edilib.

Qaqauziya rəhbəri ilə Moldova rəhbərliyi arasında münasibətlər onun 2023-cü ildə muxtariyyətdəki seçkilərdəki qələbəsindən və regionun Rusiya ilə dostluq münasibətlərini gücləndirmək niyyəti barədə bəyanatlarından, eləcə də Kişinyovun Moskva ilə qarşıdurma siyasətini tənqid etməsindən sonra pisləşib. Respublika hakimiyyəti seçkiləri qeyri-qanuni elan etməyə çalışsa da, Qaqauz parlamenti Qutsulla həmrəy olduğunu bildirib və bölgədə liderə dəstək üçün bir neçə kütləvi aksiya keçirilib. Eyni zamanda, Moldova prezidenti Maia Sandu Qutsulu hökumətin üzvü kimi təsdiq edən fərmanı imzalamaqdan imtina edib, baxmayaraq ki, bu, ölkə qanunvericiliyində tələb olunur.

E.ŞİRİNOV

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!