20 Avqust 2025 / 16:11

Rusiya Ukrayna ilə danışıqlarda nümayəndə heyətlərinin səviyyəsini yüksəltməyi təklif edib

Rusiya Ukrayna ilə danışıqlarda nümayəndə heyətlərinin başçılarının səviyyəsini yüksəltməyi təklif edib.

Tezadlar.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov mətbuat konfransında bildirib.

“Dünən prezident (ABŞ) Trampla telefon danışığından sonra bizim prezidentimiz (Vladimir Putin) nəinki bu danışıqları davam etdirməyi, həm də nümayəndə heyətlərinin rəhbərlərinin səviyyəsini yüksəltmək barədə düşünməyi təklif etdi. Bu da bizim bayaq qeyd etdiyim təklifimizə uyğundur ki, bu proses çərçivəsində nizamlanmanın siyasi aspektləri ilə yanaşı hərbi, humanitar aspektlərin də araşdırılmasına ayrıca blok ayrılacaq”, – o bildirib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!