25 Avqust 2025 / 15:04

Çində 300-dən çox yeni çikungunya infeksiyası qeydə alınıb

Ötən həftə Çinin cənubundakı Quandun əyalətində həkimlər 336 yeni çikungunya qızdırması yoluxma hadisəsi qeydə alıblar. Ekspertlər qeyd edirlər ki, vəziyyət ümumilikdə sabitdir, lakin qlobal epidemiya riski hələ də qalmaqdadır.

Tezadlar.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası (CCTV) məlumat yayıb.

Ən çox yoluxma halı Foşan şəhərində qeydə alınıb – 206 hadisə, Quançjouda daha 62 nəfər xəstələnib.

– Quandun əyalətinin müxtəlif ərazilərində xəstəliyi daşıyan ağcaqanadların sayına nəzarətə əsaslanan profilaktik işlər davam etdirilir, –  Quandun əyalətinin Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin yoluxucu xəstəliklərin qarşısının alınması üzrə baş eksperti Kan Min deyib.

2025-ci ildə çikungunya qızdırmasına yoluxma hallarına ən çox Cənubi Asiyada, Hind okeanının adalarında, həmçinin Madaqaskar, Somali və Keniyada rast gəlinir. “Veçernyaya Moskva” özünü infeksiyadan necə qorumalı barədə məlumat yayıb.

Viroloq, tibb elmləri doktoru və professor Viktor Zuyev bildirib ki, çikungunya virusunun xarakterik əlaməti oynaqların zədələnməsidir.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!