26 Avqust 2025 / 13:45

Rusiya Ukrayna Silahlı Qüvvələrinin müvəqqəti yerləşdirilmə məntəqələrinə zərbələr endirib

Rusiya aviasiyası, pilotsuz uçan aparatlar, raketlər və artilleriya 142 rayonda Ukrayna Silahlı Qüvvələrinin müvəqqəti yerləşdirmə məntəqələrinə, komanda məntəqələrinə və pilotsuz uçuş aparatlarının buraxılış məntəqələrinə zərbələr endirib.

Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Rusiya Silahlı Qüvvələrinin qruplaşmalarının operativ-taktiki aviasiya, pilotsuz uçuş aparatları, raket qoşunları və artilleriyası 142 rayonda komanda postlarına və pilotsuz uçuş aparatlarının buraxılış məntəqələrinə, habelə Ukrayna silahlı birləşmələrinin və əcnəbi muzdluların müvəqqəti yerləşdirilmə məntəqələrinə zərbələr endirib”, – məlumatda deyilir.

E.ŞİRİNOV

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!