29 Avqust 2025 / 14:25

Qırğızıstanda pensiyalar artırılır – oktyabrın 1-dən

Qırğız Respublikasının Nazirlər Kabineti 2025-ci il oktyabrın 1-dən dövlət pensiyalarının indeksləşdirilməsini təsdiqləyib.

Tezadlar.az  Qırğız KİV-nə istinadən xəbər verir ki,  qərar pensiyaçıların həyat səviyyəsinin yaxşılaşdırılması və gəlirlərinı dəstək göstərilməsi məqsədi daşıyır.

Qərara əsasən, 50 min somdan (təqribən 975 manat) çox olmayan pensiyalar 1,10 əmsalı ilə indeksləşdiriləcək.

Oktyabrın 1-dən sonra təyin olunan yeni pensiyalar pensiyanın baza hissəsinin ödənişləri nəzərə alınmaqla 7 min 100 somdan (təqribən 138 manatdan) aşağı olmayacaq.

Qırğızıstan Respublikasının Sosial Fondu pensiyaların vaxtında yenidən hesablanmasını və yeni məbləğlərdə ödənilməsini təmin edəcək. İndeksləşdirmənin həyata keçirilməsi üçün Maliyyə Nazirliyi respublika büdcəsindən lazımi vəsait ayıracaq.

Qərarın icrasına nəzarət Prezidentin və Nazirlər Kabinetinin qərarlarının icrasına nəzarət şöbəsinə həvalə edilib. Sənəd 2025-ci il oktyabrın 1-dən – rəsmi dərc edildikdən sonra  qüvvəyə minəcək.

 

JASMİN

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!