Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Özbəkistan Respublikasının Daşkənd Metropoliteni 2025-ci ilin sonuna kimi kassirlərin və baş operatorların xidmətlərindən tamamilə imtina etməyi planlaşdırır.
Tezadlar.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.
“İlin sonuna kimi bütün metro stansiyalarında avtomatlaşdırılmış bankomatların quraşdırılması nəzərdə tutulur. Nəticədə Daşkənd metrosunda kassir və baş kassirlərə ehtiyac qalmayacaq və bu vəzifələr tamamilə ləğv ediləcək” -məlumatda deyilir.
Bu günə kimi Daşkənd metrosunda 204 kassir ixtisar edilib.
“Daşkənd Metropoliteni”nin rəhbərliyi vəzifəsi ixtisar olunan işçilərə dəstək vermək niyyətində olduğunu açıqlayıb.
“Vəzifəsi ixtisara düşən hər bir işçiyə öz istək və imkanlarına uyğun olaraq ixtisasartırma kurslarında iştirak etmək təklif olunacaq”- bildirilib.
Məlumata görə, bu gün Daşkənd Metropoliteninin kassalarında sərnişinlərin səyahəti üçün 10-dan çox ödəniş növü mövcuddur. Artıq bir sıra stansiyalarda kağız QR biletləri almaq üçün bankomatlar quraşdırılıb.
JASMİN