Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Təkcə avqust ayında 1 856 əcnəbi Azərbaycanda müvəqqəti yaşamaq üçün Dövlət Miqrasiya Xidmətinə (DMX) müraciət edib. Bu barədə tezadlar.az-a DMX-dən məlumat verilib. Bildirilib ki, avqust ayında quruma 6 363 müraciət daxil olub. Sitat: “Onlardan 1 856-sı müvəqqəti yaşama icazəsi, 111-i müvəqqəti olma müddətinin uzadılması, 523-ü vətəndaşlıq məsələləri, 838-i olduğu yer üzrə qeydiyyat, 415-i daimi yaşama icazəsi, 661-i iş icazəsi, 320-si inzibati xəta, 1639-u isə digər məsələlərlə bağlı olub”.
Əcnəbilərin hansı ölkəyə mənsub olması isə məlumatda əks etdirilməyib. Bu fakt maraq doğurmuş olardı.
Elşad