10 Sentyabr 2025 / 13:57

Polşanın sərhədləri bağlamasının səbəbini açıqlanıb

Polşanın Belarusla sərhədi bağlamaq qərarı digər məsələlərlə yanaşı, Çin mallarının idxalına qarşı yönəlib.

Tezadlar.az xəbər verir ki, bunu jurnalistlərə Belarus Xarici İşlər Nazirliyinin rəhbəri Maksim Rıjenkov deyib.

“Biz hesabladıq: bir ay ərzində Belarus və Polşa sərhədindən Qərbə gedən malların demək olar ki, dörddə biri Çin mənşəlidir.

“Bu qərarın digər məsələlərlə yanaşı kimə qarşı yönəldiyinə cavab budur. Başqa bir haqsız rəqabətin nümunəsini təqdim edirik”, – nazir izah edib.

Xarici İşlər Nazirliyinin məlumatına görə, Belarus sərhədindən ayda təxminən 400 min ton və ya gündə 12-13 min ton mal yalnız Polşaya çatdırılır. “Tuskun bu qərarı həm də Polşa sahibkarlarına və xalqına, Polşa iqtisadiyyatına qarşıdır”, – Rıjenkov vurğulayıb.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!