17 Sentyabr 2025 / 10:40

“Qarabağ” Azərbaycan futbolunun gücünü Avropaya göstərdi”

“Qarabağ” Azərbaycan futbolunun gücünü Avropaya göstərib. Tezadlar.az-ın məlumatına görə, bunu “Qarabağ”ın prezidenti Tahir Gözəl deyib.

O, Heydər Əliyev Hava Limanında komandanın qarşılanma mərasimi zamanı jurnalistlərə açıqlama verib:

“Bu, böyük zəfərdir. Xalqımıza və Prezident İlham Əliyevə həsr edirik. Qürur duyuruq. “Qarabağ”ın sistemi və illərin təcrübəsi var. Bu, klubdakı birliyin nəticəsidir. Avrokuboklarda 9 matçda uduzmamışıq. Möhtəşəm klubuq”.

Qeyd edək ki, “Qarabağ” Çempionlar Liqasının əsas mərhələsinin ilk oyununda Portuqaliyada “Benfika”ya qalib gəlib – 3:2. Bu, Azərbaycan təmsilçilərinin qitənin ən nüfuzlu klub turnirinin əsas mərhələsində ilk qələbəsi kimi tarixə düşüb.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!