22 Sentyabr 2025 / 08:04

Adnan Əhmədzadənin həyat yoldaşı ərinin həbsinə görə Allaha üz tutdu…

Xəbər verildiyi kimi, SOCAR-ın İnvestisiya Departamentinin sabiq rəhbər müavini DTX tərəfindən həbs edilib. Tezaflar.az xatırladır ki, Səbail rayon Məhkəməsində Adnan Əhmədzadə barədə 4 aylıq həbs qətimkan tədbiri seçilib. Belə ki, Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Adnan Əhmədzadə iqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur. Və məlum olur ki, Adnan Əhmədzadə “Azeri Light” markalı nefti digər xam neft məhsulları ilə qarışdırmaqda ittiham olunur. Bu, Azərbaycanın neft sənayesinin nüfuzuna və bazarın şəffaflığına ciddi zərbə kimi qiymətləndirilir. Hökumət bu kimi əməllərə yol vermiş A.Əhmədzadənin həbsi ilə yanaşı, Azərbaycaın beynəlxalq mövqeyini zəiflədə biləcək korrupsiya və fərdi sui-istifadə hallarına qarşı mübarizəni gücləndirmək niyyətindədir. Hadisə həm də Azərbaycanın enerji sektorunda aparılan təmizlənmə və şəffaflıq kampaniyasının bir hissəsi kimi təqdim olunur. Ən vacibi, Adnan Əhmədzadə uzun illər SOCAR-da rəhbər vəzifələrdə çalışıb və s.
XXX
Ötən gün Adnan Əhmədzadənin həyat yoldaşı Gülsəfa Cəfərova ərinin həbsini Quran ayəsi ilə cavablayıb. Cəfərovanın budəfəki instaqram səhifəsində “Quran”dan “Hud” sürəsinin 18-ci ayəsi öz əksini tapıb. Həmin ayədə deyilir: “Allaha iftira yaxandan (öz sözünü yalandan Allaha aid edəndən) daha zalım kim ola bilər? Onlar Allahın hüzuruna gətirilər, şahidlər (mələklər, peyğəmbərlər, bütün məxluqat, yaxud insanın öz bədəninin üzvləri) belə deyərlər: “Bunlar Rəbbi barəsində yalan söyləyənlərdir!” Bilin ki, zalımlar Allahın lənətinə gələcəklər!”
Maraqlıdır, Gülsəfa Cəfərovanın digər paylaşımı da ərinin həbsinin təsirində etdiyi heç kimdə şübhə doğurmur və yenə də müqəddəs kitablara, müdrikliyə istinad edilir: “İstər itki acısı, istər qarışıqlığın ağırlığı, istərsə də həyatın sınaqları ilə qarşılaşsanız da, bilin ki, tək deyilsiniz. Bu hissləri parçalayanlar üçün Allah sizin qəlbinizi ən yaxşısına yönəltsin. Şəfa axtaranlara Allah dərdini yüngülləşdirsin, qüvvət versin. Səbirlə gözləyənlər üçün hekayəniz hələ görə bilmədiyiniz şəkildə gözəl şəkildə inkişaf edir. Sizin dözümlülüyünüz Allah tərəfindən diqqətdən kənarda qalmır”.
Sosial mediada bu statuslara şərh yazanlar isə birmənalı olaraq belə bir ümumiləşmiş reaksiya veriblər: nədən Allahın əmrinə zidd gedib haramlığa könül verəndə də Allah yada düşmür? Amma çətinə düşəndə hamı Allahı köməyə çağırır: “Ya Allah, kömək elə!”.
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!