1 Oktyabr 2025 / 09:29

15 yaşlı şagirdə təcavüz edən müəllim həbs edildi

Avstraliyada Yeni Cənubi Uelsdən olan müəllim 15 yaşlı şagirdə təcavüz etdiyi üçün həbs edilib.

Tezadlar.az xəbər verir ki, bu barədə news.com.au məlumat yayıb.

İstintaqın mərkəzində Sidneydəki Müqəddəs Avqustin Kollecində ingilis dili müəllimi işləyən 24 yaşlı Ella Klements dayanır. O, sentyabrın ortalarında həbs edilib. Müstəntiqlər onun 15 yaşlı tələbə ilə cinsi əlaqədə olduğunu iddia edirlər.

Klements dərhal məktəbdən qovulub və sentyabrın 29-da o, ilk məhkəmə çıxışını edib. Ona kollecdə işçilər və tələbələrlə ünsiyyət qurmaq, smartfon və ya sosial mediadan istifadə etmək və səhər saat 5-dən axşam saat 9-a qədər çöldə olmaq qadağan edilib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!