Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Dünən oktyabrın 4-də Tbilisidə keçirilən mitinqdə 32 polis əməkdaşı xəsarət alıb. Tezadlar.az Gürcüstan mediasına istinadla bildirir ki, Gürcüstan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Nazirlik qeyd edib ki, 30 polis əməkdaşı yüngül xəsarət alıb, bir nəfər orta ağır, digəri isə ağır şəkildə yaralanıb. Hazırda həkimlər ağır yaralanan şəxsin vəziyyətini sabit qiymətləndirirlər. Daha əvvəl Gürcüstan Səhiyyə Nazirliyi iğtişaşlar nəticəsində 21 hüquq-mühafizə orqanı əməkdaşının xəsarət aldığını bildirmişdi.
MSK isə bələdiyyə seçkilərinin ilkin nəticəsini elan edib. Müxaliflərin seçkidə az yer götürdüyü bildiriləndən sonra gərginlik daha da artıb.
A.Məmmədli