Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
14 Oktyabr 2025 / 07:18

HƏMAS dörd girovun qalıqlarını İsrailə təhvil verib

HƏMAS dörd girovun qalıqlarının olduğu tabutları İsrail hərbçilərinə təhvil verib.

Tezadlar.az xəbər verir ki, bu barədə oktyabrın 13-də İMQ-nin mətbuat xidməti məlumat yayıb.

Tabutlar Beynəlxalq Qızıl Xaç Komitəsinin xətti ilə İsrail hərbçilərinə təhvil verilib. Hərbçilər cəsədin qalıqlarını şəxsiyyətinin müəyyən edilməsi üçün İsrailə daşıyacaq. İlkin məlumata görə, girovlar Qay İloz, Yossi Şarabi, Bilin Coşi və Daniel Peresdir.

HƏMAS daha əvvəl 28 girovdan yalnız dördünün qalıqlarını İsrailə təhvil verəcəyini açıqlamışdı. HƏMAS-ın müdafiə naziri İsrael Katz isə öz növbəsində bunu razılaşmanın pozulması adlandırıb və “uyğun cavab” vəd edib.

Qalan girovlar isə həmin gün azad edilərək İsrailə təhvil verilib. Buna cavab olaraq Təl-Əviv ömürlük həbsə məhkum edilmiş fələstinliləri azad edib. Onlar Qəzza zolağına avtobusla aparılıblar.

E.ŞİRİNOV

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!