Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Kiyevin üç rayonunda yüksək gərginlikli elektrik xəttinin sıradan çıxması səbəbindən elektrik enerjisi kəsilib.
Tezadlar.az xəbər verir ki, Ukraynanın energetika şirkəti DTEK Telegram kanalında fasiləni belə izah edib.
“Kiyev: Peçerski, Holosiivski və Şevçenkivski rayonlarında yüksək gərginlikli elektrik xəttinin sıradan çıxması səbəbindən fasilələr yaranıb”, – məlumatda deyilir.
Dneprovski və Darnitski rayonlarında da elektrik enerjisi kəsilib.
Artıq elektrik işçilərinin qəzanın səbəbini aradan qaldırmağa çalışdığı bildirilir.
Daha əvvəl Kiyevdə işıqlandırmanın tamamilə kəsildiyi bildirilirdi. Sumi, Xarkov və Poltava da daxil olmaqla yeddi regionda fövqəladə elektrik enerjisi kəsilib. Səlahiyyətlilərə görə, qəza şəbəkənin həddindən artıq yüklənməsi ilə bağlıdır.
E.ŞİRİNOV