Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Onun barəsində digər məlumatlar açıqlanmayıb…
Qazaxıstanın Pavlodar vilayəti üzrə Korrupsiyaya Qarşı Mübarizə Xidməti Pavlodar vilayətinin polis şöbəsinin sabiq rəisi, polis general-mayoru N.M.Məsimov barəsində ibtidai istintaqa başlayıb.
Bu barədə Qazaxıstan KİV-i Korrupsiyaya Qarşı Mübarizə Xidmətinin mətbuat xidmətinə istinadən məlumat yayıb.
O, xüsusilə külli miqdarda rüşvət almaqda (Qazaxıstan Cinayət Məcəlləsinin 366-cı maddəsinin 4-cü hissəsi ilə) şübhəli bilinir. Əslində, onun əməlləri qiyabi qiymətləndirilib və istintaq məhkəməsi onun barəsində “həbs-qətimkan tədbiri” seçib. N.M Məsimov barəsində axtarış elan olunub, onun yerinin müəyyən edilməsi istiqamətində iş üzrə kompleks zəruri əməliyyat-axtarış tədbirləri və işin bütün hallarının aydınlaşdırılmasına yönəlmiş digər istintaq hərəkətləri həyata keçirilir. İstintaqın nəticəsinə əsasən, müvafiq prosessual qərar qəbul ediləcək.
Bildirilir ki, Cinayət Prosessual Məcəlləsinin 201-ci maddəsinə uyğun olaraq digər məlumatlar açıqlana bilməz.
Y.MƏMMƏDLİ