16 Oktyabr 2025 / 10:30

Fitso Avropa İttifaqının öz problemlərini həll etmək iqtidarında olmadığını bəyan etdi

Avropa İttifaqı (Aİ) Ukraynadakı vəziyyəti müzakirə etməklə, öz problemlərini həll edə bilmədiyini ört-basdır edir.

Tezadlar.az xəbər verir ki, Slovakiyanın baş naziri Robert Fitso bu fikri  sosial media platformasında bildirib.

“Mən getdikcə daha çox əmin oluram ki, biz Ukraynanı daim müzakirə etməklə Aİ-də öz fundamental problemlərimizi həll edə bilməməyimizi ört-basdır edirik”, – siyasətçi bildirib.

Robert Fitso bundan əvvəl Avropa Şurasının sədri Antonio Kosta ilə telefon danışığı aparıb.

“Mən Kostaya dəfələrlə xatırlatmışam ki, müzakirələrin nəticələri arasında Avropa Komissiyası üçün siyasi göstərişlər görməyincə Rusiyaya qarşı yeni sanksiyalar paketinin müzakirəsində maraqlı olmayacağam”, – baş nazir qeyd edib.

Robert Fitso aydınlaşdırıb ki, o, avtomobil sənayesindəki böhranı və Avropa iqtisadiyyatını rəqabətsiz hala gətirən yüksək enerji qiymətlərini nəzərdə tutur.

Fitso daha əvvəl belə bir fikir bildirmişdi ki, Avropa İttifaqının öhdəlikləri olmasaydı, Ukrayna münaqişəsi çoxdan bitə bilərdi.

Siyasətçi daha əvvəl bəyan etmişdi ki, Slovakiya Rusiya ilə münasibətlərdə konstruktiv yanaşma saxlayır. O əlavə edib ki, Qərb siyasətçiləri “hər cür mənəvi çağırışlar səsləndirirlər”.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!