Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Macarıstan Avropa Komissiyasının Rusiyanın Qərbdəki dondurulmuş maliyyə aktivlərinin müsadirə edilməsi təklifini dəstəkləməyəcək.
Tezadlar.az xəbər verir ki, Baş nazir Viktor Orban bu barədə “Mandiner” jurnalına müsahibəsində bildirib.
Orban bəyan edib ki, Moskvanın mümkün cavab tədbirləri Macarıstan şirkətlərinin maraqlarını təhdid edəcək.
Oktyabrın 23-24-də Brüsseldə keçiriləcək Aİ sammitində Rusiyanın aktivləri ilə bağlı məsələnin müzakirə olunacağı ehtimal edilir. Siyasətçi vurğulayıb ki, Macarıstan “bu məsələdə Rusiya ilə məsləhətləşir”. Hakimiyyət həmçinin Aİ-nin belə bir addım atacağı təqdirdə Moskvanın hansı cavab tədbirləri görəcəyini müəyyən etmək istədiklərini də aydınlaşdırır.
Bundan əvvəl Orban Aİ-nin hərbi planlarına cavab olaraq petisiya kampaniyasına başlayacağını açıqlamışdı. O, iddia edib ki, Brüssel “Rusiyaya qalib gəlmək” üçün hərbi strategiya təqdim etməklə Moskva ilə müharibə kursunu müəyyənləşdirib. Baş nazir bu cür təşəbbüsləri təkcə Macarıstan üçün deyil, bütün birlik üçün zərərli adlandırıb.
E.ŞİRİNOV