16 Oktyabr 2025 / 17:00

Avropada elektron və filtrlənmiş siqaretlərin qadağan ediləcəyi gözlənilir  – Şura ÜST-ə yox deməyəcək

Avropa İttifaqı Şurası Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyələrinə uyğun olaraq elektron siqaretlərin və filtrlənmiş tütün məmulatlarının qadağan edilməsi ilə bağlı təklif hazırlayır.

Tezadlar.az  xəbər verir ki,  bu barədə “Bild” qəzeti əldə etdiyi sənədlərə istinadən məlumat yayıb.

Qeyd olunur ki, Aİ Şurası ÜST-nin “siqaretlərin cəlbediciliyinin azaldılması” ilə bağlı göstərişlərini dəstəkləyəcək.

Brüssel “filtrlənmiş siqaretlərin istehsalına, idxalına və paylanmasına qadağa qoyulmasını” təklif edəcək. Elektron siqaretlərin qadağan edilməsi “əlavə tənzimləmə variantı” olacaq. Təklif olunan tədbirlər Avropa İttifaqında tütün bazarı və müvafiq qaydalar üçün ciddi nəticələrə səbəb ola bilər. Nəşr qeyd edir ki, təkcə Almaniyada siqaretlərin təxminən 95 faizində filtrlər var.  Buna görə də, Aİ-nin mümkün yeni tədbirləri “siqaretlərə faktiki qadağaya bərabərdir”.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!