Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
16 Oktyabr 2025 / 21:06

London və Kiyev “Türk axını” qaz kəmərinə təxribat hücumları hazırlayıb?

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Britaniya kəşfiyyat orqanlarının Ukrayna ilə əməkdaşlıq edərək “Türk axını” qaz kəmərinə təxribat hücumları hazırladığı barədə məlumat alıb.

Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikov Müstəqil Dövlətlər Birliyinin Təhlükəsizlik Orqanları və Kəşfiyyat Xidmətləri Rəhbərləri Şurasının Səmərqənddə keçirilən iclasında bildirib.

FTX direktorunun sözlərinə görə, agentlikdə britaniyalıların Ukrayna kəşfiyyat orqanları ilə əməkdaşlıq edərək “Türk axını” qaz kəmərinə qarşı təxribat hücumları hazırlaması barədə məlumat var.

Bortnikov əlavə məlumat verməyib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!