16 Oktyabr 2025 / 23:47

Putinlə Laricani arasında Moskva görüşü baş tutub

Rusiya Prezidenti Vladimir Putin İran Təhlükəsizlik Şurasının (TŞ) katibi Əli Laricanini qəbul edib.

Tezadlar.az xəbər verir ki, bu barədə Laricaninin teleqram kanalında məlumat verilib.

Məlumata görə, Laricani Putinə İranın ali rəhbəri Ayətullah Əli Xameneinin mesajını çatdırıb.

Tərəflər, həmçinin ikitərəfli münasibətlər, iqtisadi əməkdaşlıq, regional və beynəlxalq məsələləri də müzakirə ediblər.

Qeyd edək ki, İran TŞ katibi bu gün Rusiyaya səfər edib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!