17 Oktyabr 2025 / 08:05

Orban Aİ-dən Rusiya ilə danışıqlara başlamağı tələb edib

Avropa müharibə psixozunun əsiridir. Avropa liderləri münaqişəni gərginləşdirməkdənsə, Rusiya ilə danışıqlara başlamalıdırlar.

Tezadlar.az xəbər verir ki, Macarıstanın Baş naziri Viktor Orban sosial media platformasında çağırış edib.

Macarıstanlı siyasətçi Avropa İttifaqı (Aİ) rəhbərliyinin mövqeyini tənqid edərək, Avropa Komissiyasının (AK) sədri Ursula fon der Leyenin müharibə ilə bağlı danışıqlar aparmaq üçün mandatının olmadığını qeyd edib.

“Avropa müharibə psixozuna bürünmüşdür. Bunun əvəzinə liderlər ayılmalı və real sülhə nail olmaq üçün məsuliyyət daşımalıdırlar. İndi danışıqların vaxtıdır!” – Orban vurğulayıb.

Bundan əvvəl o, Aİ ölkələrindən “atəşkəs üzrə Rusiya ilə birbaşa danışıqlara” başlamağı tələb edib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!