Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Oktyabrın 4-də Tbilisidə prezident iqamətgahına hücum cəhdinin daha 16 iştirakçısı saxlanılıb.
Tezadlar.az xəbər verir ki, bu barədə Gürcüstanın hüquq-mühafizə orqanları, daxili işlər nazirinin müavini Aleksandr Daraxvelidze brifinqdə bildirib.
Onun sözlərinə görə, beləliklə, indiyədək prezident iqamətgahında zorakılıq aksiyalarının təşkilatçısı və iştirakçısı olan 62 nəfər saxlanılıb. “Daha iki şəxs” hələ də axtarışdadır.
Nazir müavininin sözlərinə görə, prezident iqamətgahında baş verən iğtişaşlar zamanı 35 polis əməkdaşı xəsarət alıb. Oktyabrın 4-də Tbilisidə baş verən iğtişaşlarla bağlı istintaq davam edir.
Oktyabrın 4-də yerli seçkilərin nəticələrinə etiraz edən etirazçılar prezident iqamətgahının hasarlarını zədələyərək içəri girməyə cəhd ediblər. Polis etirazçılara qarşı təzyiqli su və gözyaşardıcı qazdan istifadə edib.
E.ŞİRİNOV