17 Oktyabr 2025 / 21:27

Keçmiş Baş nazirin evindən sənədlər və pul müsadirə olundu

Gürcüstanın keçmiş Baş naziri İrakli Qaribaşvilinin evində axtarış aparılıb.

Tezadlar.az xəbər verir ki, bu barədə ölkənin Baş Prokurorluğundan bildirilib.

Məlumata əsasən, axtarışlar Dövlət Təhlükəsizliyi Xidmətinin keçmiş rəhbəri Qriqol Liluaşvili və keçmiş Baş prokuror Otar Partsxaladzenin də evlərində həyata keçirilib.

Axtarışlar zamanı müxtəlif elektron cihazlar, sənədlər və külli miqdarda pul müsadirə edilib.

Baş Prokurorluqdan qeyd olunub ki, istintaqın gedişi və nəticələri barədə ictimaiyyətə məlumatlar veriləcək.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!