20 Oktyabr 2025 / 09:49

Aİ Rusiyaya qarşı 19-cu sanksiyalar paketini müzakirə edəcək

Bu gün – oktyabrın 20-də Lüksemburqda keçiriləcək görüşdə Aİ-nin xarici işlər nazirləri Rusiyaya qarşı 19-cu sanksiyalar paketinin təsdiqini, həmçinin Kiyevə hərbi və maliyyə dəstəyini müzakirə edəcəklər.

Tezadlar.az bildirir ki, bu barədə RİA Novosti xəbər verir.

Aİ hələ avqust ayında Moskvaya qarşı yeni tədbirləri müzakirə edib, lakin Macarıstan və Slovakiyanın mövqelərinə görə təşəbbüsün təsdiqi gecikdirilib.

“Aİ Şurası Rusiyaya artan təzyiqləri, o cümlədən 19-cu sanksiyalar paketini, kölgə donanmasının fəaliyyətini cilovlamaq üçün tədbirləri və Rusiyanın hibrid fəaliyyətlərinə qarşı mübarizəni müzakirə edəcək”, – iclasın gündəliyində deyilir.

Daha əvvəl bildirilmişdi ki, Aİ ölkələri arasında fikir ayrılığı Rusiyaya qarşı 19-cu sanksiyalar paketinin təsdiqlənməsinə mane olur. Bundan əvvəl Aİ ölkələri 2028-ci ilə qədər Rusiya neft və qazının idxalını dayandırmaq barədə razılığa gəliblər.

E.ŞİRİNOV

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!