Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Belqorod vilayətində pilotsuz təyyarənin hücumu nəticəsində bir kişi və bir qadın həlak olub.
Tezadlar.az bildirir ki, bu barədə Rusiya regionunun rəhbəri Vyaçeslav Qladkov məlumat verib.
Pilotsuz təyyarə Yasnıye Zori kəndindəki kənd təsərrüfatı müəssisəsinə hücum edib və onun ərazisinə partlayıcı qurğular atıb.
“Kişi və qadın aldıqları xəsarətlərdən hadisə yerində ölüblər… Hücum zamanı bir mülki şəxs də yaralanıb”, – qubernator əlavə edib. O əlavə edib ki, zərərçəkmiş əməliyyat olunur; o, mina partlayışı və ayağından qəlpə yarası alıb.
E.ŞİRİNOV