20 Oktyabr 2025 / 14:04

Peskov: Kiyevin ziddiyyətli bəyanatları sülhə töhfə vermir

O qeyd edib ki, Rusiya prezidenti Vladimir Putinin mövqeyi ardıcıl və hamıya məlumdur

Kiyevin ziddiyyətli bəyanatları münaqişənin sülh yolu ilə həlli prosesinə kömək etmir.

Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə jurnalistlərə bildirib.

“Biz Kiyevdən çox ziddiyyətli bəyanatların gəldiyini görürük. Biz görürük ki, Kiyev rejiminin mövqeyi də ziddiyyətlərlə doludur. Bütün bunlar, təbii ki, sülh prosesinə töhfə vermir”, – o deyib.

Peskov vurğulayıb ki, Rusiya prezidenti Vladimir Putinin mövqeyi ardıcıl və hamıya məlumdur. Moskva Ukrayna böhranının həlli ilə bağlı bu mövzuda amerikalılarla ünsiyyətini davam etdirir və ciddi iş gedir.

“Kiyevdə müşahidə etdiyimiz bütün bu ziddiyyətlər, əlbəttə ki, bu prosesə kömək etmir, əksinə, onu çətinləşdirir”, – Kreml sözçüsü qeyd edib.

Bundan əvvəl Ukrayna prezidenti Vladimir Zelenski Kiyevin ərazi məsələlərində Rusiya ilə danışıqlara hazır olduğunu bəyan edib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!